Vasif Muradbəyli, Jetcinemanın təsisçi və direktorudur. 2012ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2012-14cü ildə Azərbaycan Dövlət Neft Akademiyasında master təhsili alıb və fərqlənmə ilə bitirib. 2013cü ildə Qala-Həyat sığorta şirkətində sədrin köməkçisi, 2014cü ildə Marketinq meneceri olaraq çalışıb. 2013cü ildə videoqrafiya fəaliyyətinə şirkətdaxili tədbirlərin çəkilməsi ilə başlayıb. 2015ci ildən etibarən videoqrafiya fəaliyyətini fiziki şəxs olaraq davam etdirib və 2020ci ilə qədər Azərbaycandan başqa BƏƏ, Çin, Fransa, İsveçrə, Türkiyə, Çexiya, Almaniya, Gürcüstan, Macarıstan və.s ölkələrdə çəkilişlər edib. 2021ci ilin Fevral ayında uzunmüddət biryerdə işlədiyi komanda ilə Jetcinema media mərkəzini qurub. Ailəlidir, 2 övladı var.